A24 Xeber

Gürcüstanda etiraz akiyası keçirilib

Gürcüstanda etiraz akiyası keçirilib
21
31 May 2018 - 22:53

Gürcüstanda, paytaxt Tbilisinin Xorava küçəsində baş vermiş qətl işi ilə bağlı məhkəmə qərarına qarşı Baş Prokurorluğun qarşısında keçirilən etiraz aksiyası parlamentin binası qarşısında davam etdirilib.

A24.Az “Report”a istinadən xəbər verir ki, Xorava küçəsində qətlə yetirilmiş yetkinlik yaşına çatmayan şəxsin atası Zaza Saralidze aksiya iştirakçılarına müraciət edib. O, etirazçılara təşəkkürünü bildirib.

“Sağ ol Gürcüstan, bu gün siz oğlumla bir sırada dayanırsınız. Gələcəyimiz uğrunda mübarizə apardığınıza görə hamıya təşəkkür! Bizim gələcəyimiz sizə məxsusdur, Gürcüstan bizimdir. Biz sistemə (hakimiyyətə-red) uşaqlarımızı öldürməyə imkan verməməliyik”, – deyə Zaza Saralidze bildirib. Aksiya iştirakçıları bir sıra vəzifəli şəxslərin, o cümlədən ədliyyə nazirinin istefasını tələb edirlər.

Aksiyanın təşkilatçılarından biri Zviad Kupravanın sözlərinə görə, Zaza Saralidzenin rəhbərliyi altında ictimai qrupun yaradılması planlaşdırılır. Etirazçılar daha əvvəl ölkənin Baş Prokurorluğunun binası qarşısında da aksiya keçiriblər.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00