Gürcüstanda həbs olunan keçmiş azərbaycanlı mer: "İşə yalançı şahidlər cəlb olunur"

Gürcüstanda həbs olunan keçmiş azərbaycanlı mer: “İşə yalançı şahidlər cəlb olunur”
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstanın Marneuli rayonunun keçmiş rəhbəri Temur Abazov baş prokuror Şalva Tadumadzeyə müraciət edib.

“A24.az” APA-ya istinadən xəbər verir ki, T. Abazovun vəkili Qagi Mosiaşvili keçirdiyi brifinqdə bildirib ki, baş prokurordan avqustun 6-na təyin olunmuş məhkəmə dinləməsinin təxirə salınması xahiş olunub.

Vəkil qeyd edib ki, müdafiə tərəfi Baş prokurorluğun 2 ay ərzində müvafiq sübutlar əldə etdiyinə şübhə edir: “Hazırda işə yalançı şahidlər cəlb olunur. Baş prokurordan işi şəxsi nəzarətinə götürməyi və məhkəmə iclasının sentyabrın 20-nə qədər təxirə salınmasını xahiş edirik”.

Mosiaşvili həmçinin bildirib ki, T. Abazov Marneuli rayonunun rəhbəri vəzifəsində çalışarkən rayonda qanun çərçivəsində korrupsiyaya qarşı mübarizə aparıb və bu, bəzi qrupların marağına uyğun olmayıb: “Bizdə olan məlumata əsasən, Marneulidə baş vermiş insidentdən öncə Temur Abazov fiziki təzyiqə məruz qalıb. Müdafiə tərəfi bununla bağlı araşdırmanı davam etdirir”.

Vəkil əlavə edib ki, istintaq obyektiv aparılsa, T. Abazovun günahsız olduğu sübuta yetiriləcək.

Qeyd edək ki, T. Abazov iyunun 13-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Rustavi şəhər məhkəməsinin qərarı ilə o, həbs olunub. İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub. T. Abazov günahını etiraf etməyərək, qanunu pozmadığını bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar