Gürcüstanda marixuanadan istifadə leqallaşıb

Gürcüstanda marixuanadan istifadə leqallaşıb
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstanda marixuanadan istifadə ilə bağlı bütün sanksiyalar ləğv olunub.

A24.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Konstitusiya Məhkəməsi qərar qəbul edib.

Məhkəmə bu gün “Girçi” Partiyasının üzvləri Zurab Caparidze və Vaxtanq Meqrelişvilinin iddiasını təmin edərək, həkim təyinatı olmadan marixuananın istifadəsi ilə bağlı bütün sanksiyaları qeyri-konstitusion elan edib.

İddiaçılar bildiriblər ki, marixuanadan istifadə şəxsiyyətin azad inkişafı ilə bağlı hüququdur və marixuanadan ziyan yalnız onu istifadə edən şəxsə dəyə bilər və bununla bağlı məsuliyyəti həmin şəxs daşıyır.

 Qərarı şərh edən Z. Caparidze bildirib ki, Gürcüstanda marixuanadan istifadə tam leqallaşdırılıb: “Məhkəmənin bu qərarı ilə Gürcüstan daha azad ölkəyə çevrildi. Marixuanadan istifadəyə görə inzibati cəzalar ləğv olunub. Artıq marixuanadan istifadəyə görə Gürcüstanda heç kəs cəzalandırıla bilməz”.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar