Gürcüstanda matəm elan olundu

Gürcüstanda matəm elan olundu
Want create site? Find Free WordPress Themes and plugins.

 Gürcüstanda daş kömür şaxtasında baş vermiş qəza ilə əlaqədar aprelin 6-sı ölkədə matəm günü elan edilib.

Bu barədə Gürcüstan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

“Hökumətin qərarı ilə 2018-ci ilin aprelin 6-sı Gürcüstanda matəm günü elan edilib. Tkibuli şaxtasında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq bütün inzibati binalarda dövlət bayraqları endiriləcək”, – məlumatda deyilir.

Kömür şaxtasında baş vermiş qəzadan sonra Gürcüstan prezidenti Georgi Marqvelaşvili əmək mühafizəsi sahəsinə nəzarəti gücləndirməyi tapşırıb.

Qeyd edək ki, aprelin 5-də gecə saatlarında Gürcüstanın Tkibuli bölgəsindəki Mildeli şaxtasında qəza baş verib. Nəticədə 6 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar