A24 Xeber

Gürcüstanda polisin qətlə yetirdiyi oğrunun azərbaycanlı olduğu məlum olub

Gürcüstanda polisin qətlə yetirdiyi oğrunun azərbaycanlı olduğu məlum olub
33
23 İyul 2018 - 19:14

Bu gün səhər saatlarında Gürcüstanın Poti şəhərində ödəmə terminalını qarət edərkən polis tərəfindən qətlə yetirilmiş şəxsin kimliyi müəyyən olunub. 

A24.Az APA-ya istinadən xəbər verir ki, həmin şəxs 20 yaşlı Nazim Quzanovdur.

N. Quzanova atəş açmış polis əməkdaşı saxlanılıb.

Gürcüstanın Baş prokurorluğu insidentlə bağlı istintaqa başlayıb.

 N. Quzanov əvvəlki illərdə oğurluq, xuliqanlıq, polisə tabe olmamaq və marixuanadan istifadəyə görə dəfələrlə saxlanılıb.
Qeyd edək ki, Potidə baş vermiş insident zamanı N. Quzanov polis əməkdaşlarına təslim olmayaraq, onlara fiziki müqavimət göstərib. Qarşıdurma nəticəsində polis əməkdaşı ona atəş açaraq baş nahiyəsindən ölümcül yaralayıb.
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00