Gürcüstanın Acariya bölgəsinə çəhrayı qar yağıb

Gürcüstanın Acariya bölgəsinə çəhrayı qar yağıb
Want create site? Find Free WordPress Themes and plugins.

Buna Şimali Afrika və Yaxın Şərqdə baş vermiş qum qasırğası səbəb olub.

A24.Az Report-a istinadən xəbər verir ki, Gürcüstanın Acariya regionunda yerləşən Qoderdzi dağ-xizək istirahət zonasına çəhrayı rəngli qar yağıb.

Martın 25-də səhər saatlarında turistlər gördüklərindən təəccübləniblər və hadisə ilə bağlı yerli hakimiyyət orqanlarına müraciət ediblər.

Sinoptiklər bildiriblər ki, narahatlığa əsas yoxdur. Çəhrayı rəngdə qarın yağmasına Şimali Afrika və Yaxın Şərqdə baş vermiş qum qasırğası səbəb olub.

Mütəxəssislər bildirirlər ki, qum qasırğasının Şimali Afrika və Yaxın Şərqdən havaya qaldırdığı qum və kül güclü hava axını ilə Qara dəniz hövzəsinə daxil olub. Gürcüstanın bəzi bölgələrində və paytaxt Tbilisidə səma çəhrayı rəngə boyanıb. Havadakı sarı qum və kül yağış və qarla birlikdə yerə çöküb və nəticədə maraqlı mənzərə yaranıb.

Sinoptiklərin sözlərinə görə, təbiət hadisəsi insanlar və ekologiya üçün təhlükə yaratmır.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar