Gürcüstanın Azərbaycana borcu açıqlandı - Dəyişməz qalıb

Gürcüstanın Azərbaycana borcu açıqlandı – Dəyişməz qalıb
Want create site? Find Free WordPress Themes and plugins.

Cari ilin martın 31-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8,495 mln. dollar təşkil edir.

“A24.az” bildirir ki, APA-nın Gürcüstan Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevral ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 0,09% azalaraq 5 mlrd. 298,278 mln. dollar təşkil edib. Bu məbləğin 5 mlrd. 211,046 mln. dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox Almaniya (297,976 mln. dollar), Yaponiya (222,668 mln. dollar) və Fransaya (216,518 mln. dollar) borcu var.

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana borcu fevral ayı ilə müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 16,281 mln., 68,159, mln. və 9,710 mln. dollar təşkil edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar