Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfər edəcək

Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfər edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Yaxın günlərdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Bakıya rəsmi səfəri gözlənilir.

“A24.az” bildirir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu gün keçirilən görüşündə qeyd olunub.Gürcüstan hökumətindən bildirilib ki, tərəflər iki ölkənin strateji əməkdaşlığını müzakirə ediblər.

Hökumətin mətbuat xidmətindən bildirilib ki, söhbət zamanı Gürcüstan və Azərbaycanın siyasi, mədəni, ticarət-iqtisadi və enerji sahəsində perspektivlərinin dərinləşdirilməsinə toxunulub.

Giorgi Kvirikaşvili  ilə Elmar Məmmədyarov Gürcüstan və Azərbaycanın birgə həyata keçirdikləri regional əhəmiyyətə malik irimiqyaslı enerji layihələrinin iqtisadi inkişaf və təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Görüş çərçivəsində Gürcüstandakı turizmin müsbət dinamikası olduğu qeyd olunub. Bildirilib ki, ölkəyə gələn Azərbaycan turistlərinin sayı artıb. Görüşdə regional təhlükəsizliyə də toxunulub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar