Gürcüstanın baş naziri İlham Əliyevə məktub göndərib

Gürcüstanın baş naziri İlham Əliyevə məktub göndərib
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstanın baş naziri  Qiorqi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə məktub göndərib.

A24.Az xəbər verir ki, məktubda deyilir:

Zati-aliləri.

Gürcüstan hökuməti və xalqı adından Sizi və dost Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Biz Gürcüstan və Azərbaycan Respublikası arasında möhkəm dostluğa, həmrəyliyə və qarşılıqlı hörmətə söykənən, regionda sülhə, sabitliyə və iqtisadi tərəqqiyə xidmət edən yüksək səviyyəli əlaqələrə böyük əhəmiyyət veririk. İnanıram ki, mövcud uğurlu əməkdaşlığımızın genişlənməsi üçün gələcəkdə də səylərimizi əsirgəməyəcəyik.

Zati-aliləri, fürsətdən istifadə edərək, bu əlamətdar gündə Sizə bir daha ən xoş arzularımı çatdırıram.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar