Hacı İbrahim yanan binasından danışdı - Yanğının bizə ziyanı yox, xeyri var...

Hacı İbrahim yanan binasından danışdı – Yanğının bizə ziyanı yox, xeyri var…
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Nəsimi rayonunda üçmərtəbəli binada yanğın olub. Yanğın olan binanın iş adamı Hacı İbrahim Nehrəmliyə (İbrahim İbrahimov) məxsus olduğu bildirilir.

A24.Az xəbər verir ki, Hacı İbrahim modern.az-a açıqlamasında faktı təsdiqləyib:

“Bəli, yanğın olan bina bizə məxsusdur. Biz o binada yaşayanları köçürmüşük, yanan dağıntılardır. Ərazini almışıq, yeni yaşayış binası tikəcəyik”.

İş adamı dövlət komitəsinin yeni tələblər irəli sürdüyünü söyləyib:

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni qaydalarına əsasən, 10 bloklu bina tikilməsinə icazə verilmir. Bizə deyiblər ki, bina 3 bloklu ola bilər. Bu baxımdan tikinti dayanıb. Yanan yerdə isə köhnə evlər idi, sökülürdü, kabellər kəsilmişdi. Kimsə qəsdən kibrit vurub yandırıb. Biz də dərhal yanğınsöndürən çağırdıq. Yanğın söndürüldü. Yanğının yeni tikilən binamıza təsiri yoxdur. Əslində yanğının bizə ziyanı yox, xeyri var ki, köhnə tikilinin yeri təmizlənir. “Hacı İbrahimin 3 mərtəbəli binası yandı” deyib məsələni şişirdirlər. Burada şişirdiləsi bir şey yoxdur”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar