Hacı Şahin çapı qadağan olunan "İslamda yoxdur" kitabından danışdı

Hacı Şahin çapı qadağan olunan “İslamda yoxdur” kitabından danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

“Mən “İslamda yoxdur” kitabı ilə bağlı şərh vermək istəmirəm”.

Bu sözləri “A24.az” saytına Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin çapına qadağa qoyduğu “İslamda yoxdur” kitabıyla bağlı fikirlərini öyrənərkən Hacı Şahin Həsənli “A24.az”a bunları dedi:

“Mən bu məsələ ilə bağlı şərh vermək istəmirəm, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edin. Çünki kitabın məzmunundan, ümumiyyətlə, xəbərim yoxdur. Kitabla bağlı ekspertiza şöbəsi məşğul olur. Onlar müəyyən edir və kitabda qanunvericiliyin tələblərinə zidd nəsə varsa qadağan edir, yəni  çapına icazə vermir. Məlumatım olmadığı üçün bir şey deyə bilmərəm”.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib. Lakin ilahiyyatçı kitabını Azərbaycan dilində Türkiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxararaq ictimaiyyətə təqdim edib.

Bildirək ki, “İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar