Hacı Surxay "İslamda yoxdur" haqda: "Elşad Miri kimi adam var, yoxdur, belə birisini tanımıram"

Hacı Surxay “İslamda yoxdur” haqda: “Elşad Miri kimi adam var, yoxdur, belə birisini tanımıram”
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə tanınmış din xadimləri ilahiyyatçı Elşad Mirinin çapı qadağan olunmuş “İslamda yoxdur” kitabı ilə bağlı fikirlərini səsləndiriblər.

“A24.az” bildirir ki, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Elşad Miri haqda səsləndirdiyi fikirlərlə təəccübləndirib:

“Mən Elşad Mirini tanımıram axı, qızım, bacım! Elşad Miri kimi adam var, yoxdur, mən belə bir adam tanımıram. Ümumiyyətlə, Elşad Mirini tanımıram və tanımaq da istəmirəm”.

İlahiyyatçı Ceyhun Şükürov kitaba qoyulan qadağanı Elşad Mirinin səsləndirdiyi fikirləriylə əlaqələndirdi:

“Belə deyərdim, yəqin ki, bu qadağa Elşad Mirinin görüşlərinə qarşıdır. Açığını deyim, o kitabla şəxsən tanış olmamışam, maraqlanmamışam. Çünki Elşad Mirinin son zamanlar ortaya atdığı fikirlər, ənənəvi İslama zidd olan fikirləri, özünəməxsus dəlillər nəinki cəmiyyət, həmçinin ilahiyyatçılar arasında birmənalı qarşılanmır. Əgər hər hansı bir qadağa qoyulubsa, araşdırılıb qoyulub. Fikirləşirəm ki, Elşad Mirinin ortaya atdığı iddialar ki var hansı ki İslamın əsaslarına müvafiq olmayan, İslamın qoyduğu qaydalara, Peyğəmbərin gətirdiyi sünnəyə münasib olmayan dəlillər, onun gətirdiyi arqumentlərin İslamın əsası ilə uyğun gəlmədiyi üçün dini komitə tərəfindən qadağa qoyulub. Lakin mən kitabla tanış olmadığım üçün bu haqda konkret fikir yürüdə bilmərəm”.

Lakin ilahiyyatçı Elşad Mahmudov isə kitaba qoyulan qadağa ilə razılaşmayıb bunun dövlətin prinsiplərinə zidd olduğunu dedi:

“Bu məsələnin, ümumiyyətlə, Elşad Miriylə heç bir əlaqəsi yoxdur. Mənim bu məsələlərlə bağlı öz fikrim və düşüncəm var. Bu da ondan ibarətdir ki, dünyəvi, demokratik, hüquqi və sosial dövlətdə bu və ya digər şəkildə, nə olursa olsun hər hansı bir fikrin və ya düşüncənin qarşısında maneə olmamalıdır. Dünyəviliyin, demokratiyanın təməl prinsiplərindən biri budur. Yəni insanlar azad bir şəkildə öz fikir və düşüncələrini hər zaman ifadə etməlidirlər, ifadə edə bilərlər də. Azərbaycanda da dövlət səviyyəsində, yüksək səviyyədə bu dini etiqad azadlığı daxil olmaq üzrə təmin olunub. Məsələ sadəcə bu kitabla əlaqəli deyil, ümumiyyətlə insanların fikir və düçşüncələri qarşısında hər hansı senzura və ya menə olmamalıdır”.

Xatırladaq ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib. Lakin ilahiyyatçı kitabını Azərbaycan dilində Türkiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxararaq ictimaiyyətə təqdim edib.

Bildirək ki, “İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar