A24 Xeber

Hacıbala Abbutalıbov BŞİH-də: hər gün işə gedir – FOTO

Hacıbala Abbutalıbov BŞİH-də: hər gün işə gedir – FOTO
97
27 May 2018 - 12:00

Bir aydan artıqdır Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, aprelin 21-də Baş nazirinin müavini vəzifəsinə təyin edilib. H.Abutalıbovun boş qalmış vəzifəsinə isə müxtəlif şəxslərin adı çəkilsə də, hələlik təyinat yoxdur.

Maraqlısı olan odur ki, Hacıbala Abutalıbov Bakı meriyasından ayrıla bilmir.

“A24.az” bildirir ki, “Criminal.az” saytına daxil olan məlumata görə, H.Abutalıbov hər gün köhnə işinə baş çəkir. O, günün ilk yarısını Nazirlər Kabinetində, ikinci yarısını isə Bakı Şəhər İcra Hakimiyyətində keçirir.

Hacıbala Abutalıbovun yerinə namizədlər arasında ”Azərbaycan Dəmir Yolları”nın rəhbəri Cavid Qurbanov, gənclər və idman naziri Azad Rəhimov, Bakı Metropoliteninin rəisi Zaur Həsənov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ‘Azərgold” QSC-nin sədri Zakir İbrahimovun adı hallanırdı.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00