A24 Xeber

Hacıkəndi xarabaya çevirən güclü dolu – VİDEO

Hacıkəndi xarabaya çevirən güclü dolu – VİDEO
144
21 İyun 2017 - 11:29

Gəncənin Hacıkənd qəsəbəsinə güclü dolu yağıb.

A24.Az-ın məlumatına görə, dolu dünən günorta saatlarında yağmağa başlayıb.

Güclü dolu səbəbindən qəsəbə infrastrukturuna ciddi ziyan dəyib. Nəticədə qəsəbədəki 126 evdən 114-nün dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub. Eyni zamanda, sosial obyektlərə, əkin sahələri və 15-dək avtomobillərə ziyan dəyib. Qəsəbə ərazisindəki “Qoşa bulaq” adlanan bulaq kompleksi yararsız hala düşüb.

Ümumiyyətlə qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Daşkəsən, Göygöl, Tovuz, Ağstafa, Qazax  və Şəmkir rayonlarında da yağan leysan və dolu fəsadlar yaradıb.

Nərmin Kərim, A24.Az

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00