A24 Xeber

Hacıqabulda yük maşını aşdı: Xəsarət alan var

Hacıqabulda yük maşını aşdı: Xəsarət alan var
35
11 May 2018 - 22:12

 Hacıqabul rayonunda yük maşınının aşması nəticəsində sürücü xəsarət alıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Türkiyə vətandaşı Günsaldı Səlim Həsən oğlu sükanı arxasında olduğu ağır tonnajlı yük maşını ilə (TIR) hərəkətdə olarkən anidən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00