Hakerlərin yeni HƏDƏFİ: Marşrutlayıcılar

Hakerlərin yeni HƏDƏFİ: Marşrutlayıcılar
Want create site? Find Free WordPress Themes and plugins.
“Trustwave” şirkətinin təhlükəsizlik mütəxəssisləri “MikroTik” şirkətinin marşrutlayıcılarına qarşı həyata keçirilmiş genişmiqyaslı haker hücumunu aşkar ediblər. Onlar tədqiqatın nəticələrini öz saytlarında dərc ediblər.

A24.Az  “rambler.ru” saytına istinadla xəbər verir ki, hakerlər routerləri brauzerdə kompüter sahibindən gizlicə kriptovalyuta əldə etməyə imkan verən “Coinhive” skriptinin surəti ilə yoluxdurublar. Haker hücumunun hədəfi əvvəlcə Braziliya sakinləri olub. Hakerlər ilk mərhələdə ölkədəki təxminən 7200 “MikroTik” marşrutlayıcısına müdaxilə ediblər. Hazırda 200 mindən çox qurğu haker hücumuna məruz qalıb.

Mütəxəssislər hesab edirlər ki, hakerlər “Winbox” komponentindəki “0 gün” boşluğundan istifadə ediblər. “MikroTik” şirkəti artıq növbəti gün bu problemi aradan qaldırıb, ancaq bir çox istifadəçi indiyədək lazımi təhlükəsizlik paketini quraşdırmayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar