A24 Xeber

Hakim Trampın müsəlmanlarla bağlı verdiyi sərəncamına qadağa qoya bilmədi

Hakim Trampın müsəlmanlarla bağlı verdiyi sərəncamına qadağa qoya bilmədi
563
13 Mart 2017 - 8:25

ABŞ hakimi Prezident Donald Trumpın fövqəladə sərəncamını qadağan etməkdən imtina edib. Prezident Trumpın yenilənmiş sərəncamı bir daha bəzi ölkələrin vətəndaşlarına ABŞ-a daxil olmağı qadağan edir.

“A24.az”ın “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, Seattle məhkəməsinin hakimi James Robartın bundan əvvəlki qərarına görə, prezidentin ilk qadağası dayandırılmışdı.

Hakim deyib ki, vəkillər daha çox sənəd toplamalıdırlar.

Müsəlmanların çoxluq təşkil etdiyi 6 ölkənin vətəndaşları haqqında 90 günlük qadağan qərarı cümə axşamı günü qüvvəyə minməlidir – lakin bəzi ştatlarda prezidentin bu qərarına qarşı iddialar qaldırılıb. Vaşinqton ştatında vəkillər hakim Robartdan xahiş ediblər ki, o, birinci qərarını yeni sərəncama da şamil etsin.

Lakin hakim deyib ki, prosedur buna icazə vermir. Onun sözlərinə görə, onun qərar verməsi üçün rəsmi şikayət qaldırılmalıdır.

Ədliyyə departamentinin arqumentinə əsasən ilkin qadağanın ləğv edildiyi üçün hakimin əvvəlki qərarı daha tətbiq oluna bilməz. Buna razı olmayanlar isə deyirlər ki, prezidentin yeni sərəncamı əvvəlki sərəncamla demək olar ki, eynidir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00