Halal məhsullara ərəb dilində etiket yapışdırılması qadağan edildi

Halal məhsullara ərəb dilində etiket yapışdırılması qadağan edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Çinin Ningksia Huy Özerk Bölgəsində halal məhsulları üzərində Ərəbcə etiket yapışdırılması qadağan olunub.

A24.Az xəbər verir ki, barədə Global Times məlumat yayıb. Bildirilir ki, Wuzhong və Yinchuan sakinləri, restoran və mağazaların Ərəbcə yazan məhsul adlarını dəyişdirməsi lazım olduğu istiqamətində bir göstəriş gəldiyini təsdiqləyiblər.

Buna görə, məhsulların etiketlərində yer alan “halal məhsul yazısının, ərəb hərflərilə deyil, heroqlifik və pinyin hərflərindən istifadə edilərək yazılması şərti irəli sürülüb. Bəzi supermarketlər, etiketləri dəyişdirmək üçün məhsulları müvəqqəti olaraq rəflərdən götürmək məcburiyyətində qalıb. Bunun bölgədəki yeganə dəyişiklik olmadığı qeyd edilib. Məsələn, Yinchuan də bir müddət əvvəl Ərəb və ənənəvi Çin memarlıq nümunələrinin birləşdiyi prospektlərdə rekonstruksiya işlərinə başlanılıb. Planlara görə, uyğunluğun təmin edilməsi məqsədilə strukturlar ənənəvi Çin üslubunda keçiriləcək.
Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar