Halil Sezai Bakıda - FOTOLAR 

Halil Sezai Bakıda – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Tanınmış türkiyəli müğənni Halil Sezai Bakıya gəlib.

A24.Az Oxu.az-a istinadən  xəbər verir ki, bu axşam konsert verməyə hazırlaşan ifaçı mətbuat nümayəndələrini də başına yığaraq jurnalistlərin suallarını cavablandırıb.

Mətbuat konfransında onunla bərabər müğənni Nuray Məhərov da olub.

O, Bakıya gəlməsindən məmnunluq duyduğunu bildirib:

“Hər kəsi salamlayıram. Belə şeylərə öyrəşməmişəm deyə, mənə qəribə gəlir.

10 il ərzində Bakıya üçüncü dəfədir gəlirəm. Gələndə həyəcan keçirdiyim yerlərdən biridir. Buradakı qarşılama elə yaxşıdır ki, adam özünü bir şey zənn edir. Konsertlərimiz çox əyləncəli keçir.

Bu axşam sizinlə görüşəcəyik. Əslində, sizə sürpriz edəcəkdim. Onu da təşkilatçılar artıq sizə bəlli ediblər”.

O, Nuray Məhərovla ilk dəfə Bakıda tanış olduğunu deyib:

“Mütəmadi olaraq maraqlı səsləri olan azərbaycanlı ifaçıları izləyirəm. Nurayın ifalarını eşitmişdim, lakin ilk dəfə Bakıda tanış oldum”.

Sezai türk tamaşaçısı ilə azərbaycanlı tamaşaçıların fərqini də izah edib:

“Türkiyədə hər həftə konsert verirəm. Az gəldiyim yerlərdə daha çox həyəanlı oluram. Həm də Bakı tamaşaçısı insana daha çox enerji verir”.

Sənətçi mahnılarının hüzünlü olmasının səbəbini belə açıqlayıb:

“Hər şeyə hüzünlü tərəfindən baxıram. Bu, mənim içimdən gəlir.  Nə qədər çabalayıram ki, enerjili mahnılar ifa edim, insanları coşdurum. Lakin alınmır. Həyatımdakı kədər mahnılarıma yansıyır. Həyata qarşı üsyankar deyiləm”.

Eşqə küsdüyünü deyən ifaçı fikirlərini belə ifadə edib:

“Həyata eşqlə baxıram. Amma bu eşq tək qadınla bağlı deyil. Hər insana eşqlə yanaşıram. Ancaq bəzən küsürəm. Çünki qəlbim qırılır”.

Yeni albomla tamaşaçıların qarşısına çıxmağa hazırlaşdığını deyən ifaçı albomunda Azərbaycan mahnısına yer verə biləcəyini də deyib:

“Bundan öncə Füzulinin sözlərinə mahnı ifa etmişdim, yeni albomda da Azərbaycan mahnısı ola bilər”.

Halil daha sonra Azərbaycanda filmə çəkildiyini deyib:

“Konsertdən sonra Qəbələyə gedəcəm. “Qış nağılı” adlı Azərbaycan filmində rol alacam. Epizodik rolum olacaq. Bu barədə, yəqin ki, xəbəriniz var. Ola bilər tamaşaçıların çox sevdiyi “İncir reçeli 3” filmini də ərsəyə gətirək”.

 

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar