A24 Xeber

Hamburq hava limanı fəaliyyətini dayandırdı

Hamburq hava limanı fəaliyyətini dayandırdı
39
04 İyun 2018 - 3:18

Hamburq Beynəlxalq Aeroportu iyunun 3-də günün sonuna qədər uçuşları və reys qəbulunu dayandırıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə aeroport rəhbərliyi “Twitter”də məlumat yerləşdirib.

Bildirilir ki, hava limanının qısa qapanma nəticəsində kəsilən enerji təchizatını bərpa etmək hələ ki, mümkün olmayıb.

Bu gün səhər saat 10.00-dan Hamburq hava limanında uçuş və enişlər cərəyanın kəsilməsi ilə nəticələnən qısa qapanmadan sonra fəaliyyətini dayandırıb.

“Hava limanı günün sonuna qədər uçuşları təxirə salmaq məcburiyyətindədir. Problemi həll etmək mümkün olmayıb. Hamburq hava limanında uçuşların təhlükəsizliyini təmin etmək üçün ehtiyat elektrik enerjisi mənbəyinə ehtiyac var”, – deyə məlumatda bildirilir.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00