A24 Xeber

Hamilə müğənni səhnədə öldürüldü – VİDEO – FOTO

Hamilə müğənni səhnədə öldürüldü – VİDEO – FOTO
214
12 Aprel 2018 - 15:13

Hamiləliyinin 6-cı ayında olan toy müğənnisi səhnədə öldürülüb.

“A24.Az” Milli.Az-a istinadla  xəbər verir ki, Pakistanın Larkana şəhərində toyda çıxış edən müğənni Samina Samoon mahnı oxuyarkən güllələnib.

Xəstəxanaya çatdırılan Saminanın həyatını xilas etmək mümkün olmayıb.

24 yaşlı müğənni toyun əvvəlindən axırına kimi ayaq üstə durmaqdan imtina etdiyinə görə öldürülüb.

Onu öldürən şəxsin adı Tarique Ahmeddir. O, hadisədən sonra saxlanılıb.

 Müğənninin əri hadisəyə görə məyus olub. O, xanımının 6 aylıq hamilə olduğunu söyləyib.

“Xanımım 6 aylıq hamilə olduğuna görə toyun axırına qədər ayaq üstə dayana bilməyib. O, toyda rəqs etdiyinə görə öldürülüb”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00