ABŞ prezident Donald Trampın sosial media hesabından “Hazır ol, Rusiya, raketlər gəlir” açıqlaması Rusiya ilə ABŞ arasında gərginliyin yüksək həddə çatmasına səbəb olub. Bəs Rusiya və ABŞ hərbi gücünə görə hansı vəziyyətdədir?
“A24.az” Türkiyə mediasına istinadən bildirir ki, Dünya Müharibə Gücü Siyahısına görə, ABŞ birinci, Rusiya isə ikinci yerdə duran böyük gücdür. Hər iki ölkənin hərbi büdcəsindən tutmuş raketlərinin sayına qədər hərbi qüvvəsini qarşılaşdıraraq təqdim edirik.
ABŞ-ın hazırda aktiv əsgərlərinin sayı 1.281.900 nəfərdir.
Rusiyada isə bu rəqəm 1.013.628-dir.
ABŞ-ın bütün əsgər heyətinin sayı 2.083.100 nəfərdir.
Rusiyanın bütün əsgər heyətinin sayı isə 3.586.128-dir.
ABŞ-ın müdafiəsi üçün xərclədiyi məbləğ 647.000.000.000 dollardır.
Rusiyanın xərclədiyi büdcə isə 47.000.000.000 dollardır.
Amerikanın hərbi təyyarələrinin sayı 1962, Rusiyanın hərbi təyyarələrinin sayı isə 818-dir.
Amerikada 2830 hücum təyyarəsi və 973 hücum helikopteri var.
Rusiyada hücum helikopterlərin sayı 511-dir.


ABŞ tanklarının sayı 5884, Rusiyada isə 20300-dür.
Amerikanın 38822 zirehli döyüş vasitələri var. Rusiyada isə bu rəqəm 27400-dür.


ABŞ-ın raket atan silahlarının sayı 1197, Rusiyanın raket atan silahları isə 3816-dır.


Amerikanın təyyarə daşıyan gəmilərinin sayı 20, Rusiyada cəmi 1 ədəddir. Lakin Rusiyada dənizaltı gəmilərinin sayı 62-dir.


Firuzə Alimova / A24.az