A24 Xeber

Hansı daha güclüdür? Türkiyə ilə Yunanıstan müharibə edərsə… – FOTO

Hansı daha güclüdür? Türkiyə ilə Yunanıstan müharibə edərsə… – FOTO
204
03 May 2018 - 16:07

Son zamanlar Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginlik müharibə iddialarının artmasına zəmin yaradıb. Lakin iki ölkənin ordusu arasında dünyalar qədər fərq var.

“A24.az” bildirir ki, Yunanıstan bir tərəfdən iqtisadi krizislə mübarizə aparsa da,  Türkiyə ilə dalaşmağından da qalmır. Əslində Yunanıstan bu müharibələrdə bir neçə dəfə payına düşən cavabını alıb. Ancaq yenə də Türkiyə ordusunu məşğul etməkdə davam edir.O zaman Yunanıstan nəyinə güvənir?

İki ölkənin sahib olduğu gücü təqdim edirik:

-Türkiyə əhalisinin sayı 81 milyon 916 min nəfərdir. Yunanıstan əhalisinin sayı isə 11 milyon 142 min nəfərdir.

-Türkiyədə əsgərlərin sayı 450.000, Yunanıstanda isə 175 mindir.

-Türkiyədə tüfənglərin sayı 842.426, Yunanıstanda 346.511-dir.

-Türkiyədə zirehli vasitələrin sayı 4550 ədəd, Yunanıstanda isə bu rəqəm 4238-dir.

-Türkiyədə tankların sayı 3778, Yunanıstanda isə 1526-dır.

-Türkiyənin Haubitsa adlı silahının sayı 627, Yunanıstanda isə 514-dür.

-Türkiyənin mühərrikli obelikslərin sayı 1013 ədəd, Yunanıstanda 574-dür.

-Türkiyənin çox barelli raket başlıqlı silahların sayı 811, Yunanıstanda 151…

-Türkiyədə helikopterlərin sayı 428, Yunanıstanda 228, hücum helikopterləri 64, Yunanıstanda 27…

-Türkiyənin sərnişin və yük təyyarələrinin sayı 407, Yunanıstanda isə 206-dır.

-Türkiyənin qırıcısı 207, Yunanıstanda da eyniylə 207-dir.

-Türkiyənin havadan müdafiə sistemlərinin sayı 186, Yunanıstanda 135-dir.

-Türkiyənin hərbi gəmiləri 23, Yunanıstanda 14-dür.

-Türkiyənin yeraltı qayıqlarının sayı 17, Yunanıstanda 12…

-Türkiyənin müdafiəsinə xərclədiyi büdcə 18 milyard 200 milyon dollar, Yunanıstanda isə bu rəqəm 4,5 milyard dollardır.

– Türkiyənin toplam büdcəsi 809,2 milyard dollar, Yunanıstanın büdcəsi isə 193, 9 milyard dollardır.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00