A24 Xeber

Hansı DİNLƏRDƏ ORUC var? – Necə tutulur? – ARAŞDIRMA

Hansı DİNLƏRDƏ ORUC var? – Necə tutulur? – ARAŞDIRMA
439
18 May 2018 - 14:37

Müsəlman dünyası ən dəyərli aylardan birini yaşayır. 

A24.Az “bəs başqa dinlərdə oruc ibadəti varmı?” sualını sizlər üçün araşdırıb.

İlk Xristianlıqla başlayaq. Bu dində də oruc fərz qılınıb. Hətta dinin tələbinə görə bu ibadət Kilsənin üçüncü əmridir. Bu qrup inanc sahibləri üçün pəhriz günləri və oruc eyni mənaya gəlir.

Bəs xristiyanların “pəhriz günləri” ilə orucluq eynidirmi? 

İncildə də önəm verilən bu ibadətlə orucun qaydaları arasında fərqliliklər var.  Xristiyanlar üçün oruc tutmanın yaşı 21-dən başlayır və 60 yaşına kimi davam edir. Hər hansısa bir xristianın pəhriz günlərinə başlaya bilməsi üçün ən azı 14 yaşı olmalıdır. Bu məsələ ilə bağlı qərar 1966-cı ildə Roma papası tərəfindən rəsmi olaraq elan edilib.

Maraqlısı bundandır ki, xristiyanların- katoliklərin tutduqları oruc da iki hissəyə bölünür. Birinci qrup “Şükür orucu (okaristi)”, ikinci qrup isə “Kilsə orucu (ekleziyastik)”. Adıçəkilən orucları Protestantlar tutmur. Hətta bu orucların da tutlma günləri var: çərşəmbə, cümə və şənbə günləri icra edilir. İnanclarına görə Hz.İsa çərşənbə günü tutulub, cümə günü çarmıxa çəkilib, şənbə günü isə dəfn edilib. Onlar da bu ibadəti məhz həmin günlərdə yerinə yetirirlər. Katoliklər Hz.İsanın dirilib göyə çıxdığına inandıqları Pasxa ərəfəsi oruc tuturlar. Dindar xristiyanlar isə Pasxadan iki gün əvvəl bu ibadətlərinə başlayırlar. Pasxa orucunda 40 günlük orucun hər günü vacibdir. Katoliklərdə isə orucun 40 gün tutulması fərz deyil, yalnız bir  günü önəmlidir. Lakin onlar həmin 40 gündə ət və ət məhsulları yemirlər.

Səmavi dinlərdən olan Müsəvilikdə necə, oruc varmı?

Yəhudilər buna “Yom Kippur” deyir və Tövratda da bu haqda qeyd edilir. İbrani dilindən tərcümədə “Tövbə günü” mənasını verir.  Kippur peşmanlıq deməkdir. Günahlarından peşman olan yəhudilər, Allahın bu vəsilə ilə onları bağışladığına inanır. Nəfsi tərbiyə etmək, Allaha yaxınlaşmaq, bəzən isə əzab çəkmək üçün edilən bir ibadət növü sayılır.

Bəs Yahudilərin bu ibadətlərinin təməli haradan gəlir?

Bu qrup din əhlinin inancına görə, Hz.Muza Tur dağında 40 gün, 40 gecə qalıb və o həmin müddəti oruclu olub. Onlar da bu yolu davam etdirir, hətta oruclu ikən yatsı namazından sonra da heç nə yemirlər.  12 yaşını tamamlamış yahudilər 1 ay sonra artıq oruc tuta bilərlər. Yəni orucu 12 yaş tamam olandan 1 ay sonra tutmalısan.
“Yom Kipur” pəhrizi 19 apreldə başlayır və bir həftə davam edir. Pesah Bayramı orucu isə “Xəmirsiz bayramı”ndan sonrakı bazar ertəsi və çərşənbə  günlərinə təsadüf edir.

Bu oruclardan fərz olanı isə “Yom Kipur”dur. İmsak bir əvvəlki günün axşamı- gün batarkən başlayır, növbəti gün havada iki ulduz görünənədək davam edir. Təqribi həmin müddət 25 saat olur.

Qeyd edək ki, vacib oruclar adıçəkilənlər olsa da yahudilərin daha 4 fərqli orucu var.

Bundan başqa, digər dini birliklərdə də oruc ibadəti var.

Cənubi Asiyada Brahmanizm dininin kütləsi hər ayın 12-13-cü günlərini oruc tutur. Yaşlı, uşaq və qocalar üçün də bu qayda keçərlidir. Orucunu 15 gün-ə qədər tutan insanlar da var. Bu müddət ərzində sudan başqa bütün qidalar orucu pozur. Misirlilər isə dini bayramlarında bu ibadəti icra edərlər.

Buddizmdə oruca daha çox önəm verilir. İki ayda bir oruc tutmaq, cəmiyyət içində günahlarını etiraf etmək lazımdır.

Taoizmdə daha çox oruc sağlamlıq və gec yaşlanmaq üçün tutulur.

Jainizmdə isə oruc daha sərtdir. Bu dində orucun müddəti 40 gündür. Dinin qurucusu Mahaviarinin işgəncə ilə dində yüksəlməyə çalışdığı, ət və yumurta yemədiyi, ölənə kimi də oruc tutduğu bildirilir.

Xəyalə Vaqif, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00