Hansı ölkədə nə qədər bəxşiş verilir - QİYMƏTLƏR

Hansı ölkədə nə qədər bəxşiş verilir – QİYMƏTLƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Bəzi ölkələrdə bəxşiş verməmək kobudluqdur, bəzilərində isə bəxşişi vermək… Odur ki, səyahət etməzdən əvvəl gedəcəyiniz ölkədə nə qədər bəxşiş verildiyini öyrənmənizdə fayda var.

“A24.az” hansı ölkədə nə qədər bəxşişin verildiyini təqdim edir:

ABŞ

Amerikada restoranlarda xidmət yaxşıdırsa 15-20 faiz, o qədər də yaxşı deyilsə 10 faizə qədər bəxşiş verə bilərsiniz. Taksilərdə isə 10-15 faiz arasında bəxşiş verilir. Otellərdə isə bəxşiş 2-5 dollar arasındadır.

Almaniya

Almaniyada restoranda yediyiniz hər şey hesaba gəlir, lakin qiymət yuvarlaqlaşdırıla da bilər. Taksidə 5-10 faiz, oteldə isə 1-2 avro arasında bəxşiş verilir.

Avstriya

Avstriya restoranlarında ödəniş edən zaman hesabı yuvarlaqlaşdırmaq kifayət edir. Taksiyə 10 faizə qədər, oteldə isə 1 avro və ya 1,16 dollar bəxşiş verə bilərsiniz.

Belçika

Belçikada da restoranlarda yemək yedikdən sonra hesabıyuvarlaqlaşdırmaq kifayət edəcək. Taksiyə 10 faizə qədər, otelə isə 1 avro və ya 1,16 dollar bəxşiş verilir.

Bolqarıstan

Bu ölkədə restoranlarda hesabı yuvarlaqlaşdıraraq və ya 10 faiz artıq ödəyərək hesablaşmaq olar. Taksidə də həmçinin. Oteldə isə gündəlik 1 dollar bəxşiş vermək kifayət edir.

Çexiya

Çexiya restoranlarında hesabın 10 faizini bəxşiş verilir. Taksilərdə isə gedilən yolun hesab haqqını yuvarlaqlaşdırmağa ehtiyac yoxdur. Otellərdə isə təqribən 2 dollar bəxşiş verilir.

Çin

Çin restoranlarında bəxşiş deyə bir şey yoxdur. Hətta bəxşiş vermək kobudluq sayılır. Taksilərdə isə bəxşiş vermək qəbuledilməzdir. Otellərlə gəldikdə isə yalnız yüksək səviyyəli otellərdə bəxşiş vermək olur.

Danimarka

Danimarkadakı restoranlarda hesabın 10 faizi bəxşiş verilir. Taksidə isə yuvarlaqlaşmaya ehtiyac yoxdur, otellərdə isə bəxşiş təqribən 0,16 dollardır.

Fransa

Fransa restoranlarında bəxşiş 1-5 avro arasında dəyişir. Taksidə hesabın 10 faizi qədər bəxşiş verilir. Oteldəki bəxşişlər isə 1-2 avro arasında dəyişir.

Rusiya

Rusiyadakı restoranlarda hesabın 5-10 faizi qədər bəxşiş verilir. Taksidə isə bəxşiş verməyə ehtiyac yoxdur. Otellərdə bəxşiş 1,5 dollardır.

İtaliya

İtaliyada restoranların gözstərdiyi xidmət haqqı hesaba yazılır, ancaq gələn hesabı yuvarlaqlaşdıra bilərsiniz. Taksidə də həmçinin…Oteldə isə 1-7 dollarla qədər bəxşiş verilir.

İsveçrə

İsveçrədə restoranda göstərilən xidmət hesaba yazılır. Lakin istəsəniz bəxşiş verə bilərsiniz. Taksidə hesabın 5 faizi qədər, otellərdə isə 1-2 dollar arasında bəxşiş verilir.

Türkiyə

Türkiyədəki restoranlarda bəxşiş 10-15 faiz arasında dəyişir. Taksidə bəxşiş yoxdur amma vermək olar. Oteldə isə 2-5 lirə arasında bəxşiş verilir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar