Hatipoğlunu güldürən sual: "Peyğəmbərimiz kimi saçımızı uzadıb, günah işləməmişik?" - VİDEO 

Hatipoğlunu güldürən sual: “Peyğəmbərimiz kimi saçımızı uzadıb, günah işləməmişik?”
Want create site? Find Free WordPress Themes and plugins.

Nihat Hatipoğlunun Türkiyə telekanallarından birində yayımlanan, imsak proqramına qatılan ana və oğul hər kəsi güldürüb.

A24.Az xəbər verir ki,  oğlu Musa ilə birgə proqramda iştirak edən ana,  Peyğəmbərin (S.A.V.S) saçı uzun olduğu üçün 4 ildir övladının saçını kəsdirmədiyini bildirib.

“Peyğəmbərimizin saçları uzun idi. Mən də bu səbəbdən oğlumu 4 ildir saç kəsdirməyə qoymuram. Buna görə oğlum da, mən də günah qazanmış oluruq?” – deyə ana çıxışında söyləyib.

İlahiyyatçı qarşılığında “Biz gəncləri sırğalı da, tatulu da , pirsinqli də olsa sevirik. Onlar xoşniyyətlidirlər. Doğrunu yanlışdan ayırdıqları gün, ən düzü nədirsə, onu edərlər. Əziz Musa, düzdür, peyğəmbərimizin saçı uzun idi. Amma bu uzunluq, boyun nahiyyəsinə qədər olardı. Sənin saçların isə çox uzundur” deyib.

“Məncə saçlarını yetəri qədər uzadıb, həvəsini almısan. Sən ən yaxşısı, bir bərbərdə saçlarını kəsdir. Dini baxımdan, buna əngəl yoxdur. Günah içində deyilsən. Anan peyğəmbərimizin sçları uzun olduğu üçün onları kəsdirməyinə icazə verməyib. Lakin yenə deyirəm, peyğəmbərimizin saçları bu qədər uzun deyildi” – deyə ilahiyyatçı əlavə edib.

Musanın  cavanbında “Məni bu mövzuda məlumatlandırdığınız üçün təşəkkür edirəm. Amma olar ki saçlarımız kəsdirməyim?” deməsi bütün zalı o cümlədən ilahiyyatçını güldürüb. Bu cavabdan sonra məsələ zaldakı insanların müzakirəsinə qoyulub. Zaldakılar Musanın saçını kəsdirməsi yönündə əl qaldırıb.

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar