A24 Xeber

Havada Çin təhlükəsi – Pilotlara 320 min dollar maaş verir

Havada Çin təhlükəsi – Pilotlara 320 min dollar maaş verir
166
07 May 2018 - 11:53

Son dövrlər futbolçulara verdiyi qonorarlarla diqqət çəkən Çin, indi də pilotlarla bağlı verdiyi elan bir çox ölkələri alt-üst edib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Çin 20 il ərzində 120 min yeni pilota ehtiyacı olduğu üçün 320 min dollar maaş verərək pilot transferi edir.

20 il ərzində Çin havayolu şirkətləri müxtəlif kateqoriyalarda 7 mindən çox təyyarə alacaq. Ümumiyyətlə, dünya miqyasında yeni təyyarələrə gələn tələblərin 20 faizi Çindəndir. Bu da Çin havayolu şirkətlərinin gələcək 20 il ərzində 110 min yeni pilota ehtiyac duyacağına zəmin yaradıb.

Zəngin Körfəz ölkələrinə transfer olan pilotların artıq dünya iqtisadiyyatının yeni nəhəngi olan Çinə doğru üz tutmağa başladıqları bildirilir. Çinin bu təklifi hətta Türkiyənin də aralarında olduğu bir çox ölkəyə mənfi təsir edib.

Ölkənin Mülki Aviasiya Administrasiyasına görə, Çin ölkə daxilində və xaricində ildə 4700 pilot hazırlayır. Lakin bu da kifayət etmir. Çinli şirkətlər çarəni başqa ölkələrdən pilot cəlb etməkdə görüblər. Çinin havayolu şirkətləri havanın çirkliliyi və uzaq məsafədən dolayı pilotlara böyük miqdarda maaş təklif edərək onları ölkələrinə transfer etməyə başlayıb. Hətta bəzi şirkətlər xarici pilotlara vergisiz ildə 320 min dollar verəcəyini deyərək xarici ölkələrin pilotlarını öz ölkələrinə cəlb edirlər. Lakin yüksək maaşa baxmayaraq bir çox pilot Çini uzaqda yerləşdiyi və havasındakı çirklənməyə görə hələ də seçməyib.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00