A24 Xeber

Havay adalarında lava axını tikililəri MƏHV ETMƏYƏ DAVAM EDİR

Havay adalarında lava axını tikililəri MƏHV ETMƏYƏ DAVAM EDİR
66
05 İyun 2018 - 9:15

Amerikanın sakit okeanda yerləşən eyniadlı ştatına daxil olan Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində yaranan lava axınının dağıtdığı ev və tikililərin sayı 117 ədədə çatıb.

“A24.Az” report-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi “Associated Press” məlumat yayıb.

Bundan əvvəl təbii fəlakət nəticəsində 87 tikilinin dağıldığı bildirilirdi. Agentliyin məlumatına görə, vulkanın yaxınlığında yerləşən Puna dairəsində bir neçə min insan təxliyyə edilib.

Kilauea vulkanı mayın 3-də püskürməyə başlayıb və 6,9 maqnituda gücündə zəlzələ ilə müşayiət olunub.

Ştat rəhbərliyi mayın 9-da Puna dairəsini fəlakət zonası elan edib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00