A24 Xeber

Havay ştatı təbii fəlakət zonası elan edildi

Havay ştatı təbii fəlakət zonası elan edildi
44
10 May 2018 - 8:14

ABŞ-ın Havay ştatının qubernatoru Devid İqe Kilauea vulkanının püskürməsi ilə əlaqədar Puna rayonunu təbii fəlakət zonası elan edib.

“A24.az” xəbər verir ki, qubernator bu barədə özünün “Tvwtter” səhifəsində yazıb.

“Punanın geotermal zonasında fövqəladə vəziyyətdir. Təbii fəlakətlə əlaqədar ABŞ prezidentinə Havay adasına yardım göstərilməsi üçün sorğu göndərilib”, – D.İqe yazıb.

Qeyd edək ki, Havay adalarında Kilauea vulkanı püskürməkdə davam edir. Bununla bağlı minlərlə yerli sakin öz evlərini tərk etməli olub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00