Həbsdə olan Fədayə Laçının son durumu - Ağır xəstəliklə mübarizə aparır

Həbsdə olan Fədayə Laçının son durumu – Ağır xəstəliklə mübarizə aparır
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının səhhətində problemlər yaşanır.

A24.Az xəbər verir ki, bu barədə açıqlamasında müğənninin vəkili Türkel Süleymanlı bildirib:

“Fədayə xanım hepatit xəstəsidir. Bilirsiniz ki, bu ağır xəstəlikdir, asanlıqla sağalmır. Xəstə mütəmadi olaraq dərman qəbul etməlidir. Fədayə xanım da ağır xəstəlikdən sağalmaq üçün müalicə olunur”.

Vəkil istintaqın hələ də davam etdiyini bildirib:

“İstintaqın bitməsini gözləyirik. Yekunlaşsın, məhkəməyə müraciət edəcəyik”.

F. Laçının bacısı İlahə Fəda ilə də əlaqə saxladıq. O sadəcə bacısı barədə bir kəlmə də olsun danışmaq istəmədiyini dedi./Yeniçağ

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar