Həbsində İngiltərəni günahlandıran Adnan Oktardan ŞOK İDDİA: "...gizli müsəlmandır" - VİDEO

Həbsində İngiltərəni günahlandıran Adnan Oktardan ŞOK İDDİA: “…gizli müsəlmandır” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən həftə Türkiyədə keçirilən əməliyyat zamanı saxlanılan Adnan Oktarın “A9” TV-də İngiltərənin keçmiş Baş naziri Vinston Çörçil haqqında dedikləri diqqət çəkib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Adnan Oktar çıxışında Çörçilin gizli bir müsəlman olduğunu iddia edir.

Lakin xatırladaq ki, nəzarət altına alınan zaman müxbirlərin “niyə saxlanıldınız?” sualına Adnan Oktar “ingilis dərin dövlətinin bir oyunudur” söyləmişdi. “A9” kanalında söylədiyi fikirlər isə İngiltərə ilə yaxın münasibətlərini ortaya qoyur.

Həmin buraxılışda Adnan Oktar ingilislərin müsəlman mədəniyyətinə yaxın olduqlarını söyləyir, İngiltərənin sabiq baş naziri Toni Bleyer və İngiltərə şahzadəsi Çarlsın İslam dininə yaxın olduğunu bildirir.

“A24.az” Adnan Oktarın söylədiyi fikirləri videoda təqdim edir:

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar