A24 Xeber

Həbsxanada kütləvi dava: Ölən və yaralananlar var

Həbsxanada kütləvi dava: Ölən və yaralananlar var
136
16 Aprel 2018 - 19:56

ABŞ-da həbsxanada məhbuslar arasında kütləvi dava olub.

ABC telekanalına açıqlama verən “Lee Correctional İnstitute” cəzaçəkmə müəssisəsinin nümayəndəsi Ceffa Taylon bildirib ki, kütləvi dava bazar günü axşam saatlarından başlayıb, bazar ertəsi ştatın hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyi ilə dayandırılıb.

Kütləvi dava nəticəsində 7 nəfər ölüb, 17 məhbus xəsarət alıb. Həbsxana əməkdaşları arasında zərərçəkən olmayıb.

 Qeyd edək ki, sözügedən həbsxanada ağır cinayətlərə görə məhkum edilmiş 1,5 min məhbus saxlanılır.
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00