"Heç bir iki ölkə Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın deyil"

“Heç bir iki ölkə Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın deyil”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanla görüşüb.

“A24.az”ın “Timetürk”ə istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev görüşdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu  deyib. Başqa heç bir iki ölkənin bir-birinə bu qədər yaxın olmadığını vurğulayan dövlət başçısı bu əlaqələrin tarixi kökə söykəndiyini dilə gətirib.

Türkiyə və Azərbaycanın bu gün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq etdiyini söyləyən prezident bundan sonrakı mərhələdə də əlaqələrin daha sıx olacağını bəyan edib.

Daha sonra görüş qapalı keçirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar