Heç bir qidada olmayan bu maddə orqanizmlə yeməyin sintezindən yaranır: Ftorun bilmədiyimiz FAYDALARI

Heç bir qidada olmayan bu maddə orqanizmlə yeməyin sintezindən yaranır: Ftorun bilmədiyimiz FAYDALARI
Want create site? Find Free WordPress Themes and plugins.

Ftor elə bir maddədir ki, onun orqanizmdə çatışmazlığı dişlərdə və sümüklərdə fəsadlara səbəb olur. Bununla yanaşı bədəndəki iltihablanmaları da artırır.
A24.Az xəbər verir ki, ən maraqlısı isə budur ki, ftor hər hansısa bir qida növündə yoxdur. Sadəcə orqanizmə bəzi qidalar daxil olduğu zaman sintez edilir. Bu zaman da ftor maddəsi yaranır.
Bəs ftorun yaranmasının bizə hansı faydaları var?
Ftor yaranması ilə dişlərin çürüməsi maksimum azalır, sümüklər daha möhkəm olur, bədəndə infeksiyalara qarşı dayanıqlılıq artır. Bununla da dayaq sistemimiz daha möhkəm olur.
Bəs hansı qidalar orqanizmimizə daxil olsa, adıçəkilən maddə yaranar?
Onu qeyd edək ki,  quşəpbəyi, cırtdan kələmi ( brüksel kələmi) , gül kələm, xurma, xiyar, pomidor, turp, biyan kökü, bütün yaşıl yarpaqlı tərəvəzlər, dəniz məhsulları, kişniş, cəviz, badam, pazı başı, günəbaxan tumu, ispanaq, sarımsaq kimi ərzaq məhsulları orqanizmə daxil olduğu zaman ftor maddəsi alınır.
Ən önəmli məsələ isə sudur. Ən çox ftor maddəsi sudan alınır. Lakin suyun tərkibində süni ftor olmamalıdır. Maksimum dərəcədə tərkibi 1 ppm-dən yuxarı olmayan  suyun istifadəsi məsləhətdir. 10 pmm-dən yuxarı ftorlu su isə adıçəkilən maddənin zəhərlənməsinə səbəb ola bilir. Bu zaman isə dişlərdə təbaşir kimi müəyyən yerlərdə ağarmalar yaranır. Bu baxıma ftorun düzgün qəbuluna diqqət etməkdə fayda var.
İnkişaf dövründə olan uşaqlarınızı da unutmayın. Əgər ftor əksikliyi yaşayırlarsa, həkim məsləhəti ilə onlara dərman həbləri olaraq ftor maddəsi verə bilərsiniz.

X.V, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar