A24 Xeber

Tanınmış ilahiyyatçı Elşad Miri “Lent.az”ın canlı efirində qonaq olub.

“A24.az” xəbər verir ki, canlı efirin müzakirə mövzusunda “XXI əsrdə insanlar pirlərə, ziyarətgahlara niyə gedir?” sualı olub.

İnsanları pirlərə aparan səbəblərdən danışan ilahiyyatçı bildirib ki, Azərbaycanda pir deyilən yerlərə daha çox qadınlar, problemi olanlar və qadınların vasitəsiylə gedən kişilərdir:

“Amma ümumi götürdüyümüz zaman pirlərə ən çox gedən qadınlardır. Niyə qadınlar? Siz bir jurnalist kimi araşdırma aparın. 5-ci günü Cümə günüdür, məscidlərə yığışırlar. Məscidlərdə cümə namazına gələn neçə nəfər qadın var? Belə bir uydurma, yanlış fikir ortaya çıxarıblar ki, cümə günü qılınan namaz sadəcə kişilərə məcburidir, sadəcə kişilərə vacibdir, kişilərə fərzdir. Qadınlara isə evdə oturmaq daha yaxşıdır. Yəni qadınların dini hisslərini məscidlərdən uzaqlaşdırıb evə və yaxudda evdə o mənəvi rahatlığı tapmayan qadınların müraciət eləyə biləcəyi pirlərə üz tutmalarına səbəb veriblər.

Yəni ona görə də bu günləri məscidlərdən, dini məkan kimi bizə təqdim olunan yerlərdən uzaqlaşdırılan qadınlar rahatlıqla  müəyyən ağaların, pirlərin, seyidlərin, ocaqların yerləşdiyi məkanlara gedirlər, orda özlərinə dinlə bağlı olan düşüncələrini, dualarını, arzularını hər hansı bir formada çatdırmağa çalışırlar. Digər tərəfədən ən çox pirlərə gedənlər tənbəl insanlardır. Çalışan insanların gedib ordan nəsə istədiklərini görmüsünüzmü? Çalışan insan düşünür ki, mən bunu yazmasam bu kitab çapdan çıxa bilməz. Amma çalışmayan insan gedir pirə və dua edir ki, ey filankəs ağanın ruhu hörmətinə, Ey Allahım, sən bu imtahandan keçməyimə kömək ol. Və yaxud da mənim bu universitetə qəbul olmağıma, bu qədər bal toplamağıma kömək ol. Yəni bunun üçün insan oxumalıdır, ya yox, kitabın üzünü açmalıdır, ya yox? Adamlar var ki, övladı olmur deyə pirə gedir. Sanki ora ginekoloji mərkəzdir və ya doğum evidir və orda biri oğlan istəyir, biri qız… Bəziləri vəzifəyə keçmək üçün pirlərə gedir.

Söhbətin davamında ilahiyyatçı Azərbaycanda Həccə gedən dindarların qızına, xanımına məxsus paltarlarını mağaraya sürtdüyünü deyib:

“Azərbaycandan Həccə, Ümrəyə gedən insanlar var. Gözümlə gördüklərim var ki, xanımının və ya yaxud qızının paltarından gətirib Peyğəmbərə vəhy verildiyi bildirilən, inanılan, rəvayətlərdə bildirilən Hira mağarasında sürtdüyünü görmüşəm. Mən deyirəm ki, yəqin gedəndən sonra bu paltarı yumarsınız? Deyir, “yox, bu heç yuyularmı? Hətta Kəbəyə sürtüldüyünü də görmüşəm”.

“Bəs qadınları məscidlərdən pirlərə və bu kimi yerlərə çəkənlər kimlərdir?” sualına ilahiyyatçı “bütün kişilər, əni, evdə ibadət eləyən kişilər, din adamları, din xadimləri… Araşdırın görün Qurani-Kərimi tərcümə eləyən bir xanım varmı? Hər hansı məzhəb imamı olan qadın varmı? Qadınların peyğəmbər olma anlayışından belə sədd çəkmişik. Qadınların reql dövründə namaz qılmalarına, oruc tutmalarına, məscidə girmələrinə, Kəbədə təvaf etmələrinə qadağa qoymuşuq. Bunlar necə aradan qalxacaq? Bu qadağaları islam adı ilə ibadət eləyən, islam adından danışan insanlar qoyur”.

“A24.az” ilahiyyatçının canlı yayımdakı çıxışından sözgüdən hissəni videoda təqdim edir:

Tanınmış ilahiyyatçı Elşad Miri “Lent.az”ın canlı efirində qonaq olub. “A24.az” xəbər verir ki, canlı efirin müzakirə mövzusunda “XXI əsrdə insanlar pirlərə, ziyarətgahlara niyə gedir?” sualı olub. İnsanları pirlərə aparan səbəblərdən danışan ilahiyyatçı bildirib ki, Azərbaycanda pir deyilən yerlərə daha çox qadınlar, problemi olanlar və qadınların vasitəsiylə gedən kişilərdir: “Amma ümumi götürdüyümüz zaman pirlərə ən çox […]

Həccə gedən dindarlarımızla bağlı ŞOK açıqlama: “Qızının, arvadının paltarlarını mağaraya sürtənlər var…” – VİDEO

204