Həccə gedən zəvvarlar xüsusi cihazlarla izlənəcək

Həccə gedən zəvvarlar xüsusi cihazlarla izlənəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Çin hökuməti Məkkəyə həccə gedən zəvvarlara izləmə cihazı taxıb.

“A24.az” türk KİV-nə istinadən xəbər verir ki,cihazların zəvvarların təhlükəsizliyini təmin etmək üçün taxıldığı deyilsə də, insan hüquqlarının müdafiəçiləri bunu həddi aşmaq kimi dəyərləndirib.

Dövlətin idarəçiliyində olan Çin İslam Təşkilatının yaydığı şəkillərdə Çinin bəzi bölgələrindən Beijing hava limanına gələrək Məkkəyə uçacaq zəvvarların boynunda mavi ipdən asılmış “ağıllı kart”ların olduğu gözə dəyib. Bu cihazlarda GPS izləmə və şəxsi məlumatların yerləşdirildiyi bildirilir. Çin İslam Təşkilatının verdiyi məlumata görə, bu cihazlar istifadəçinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

İnsan hüquqları müdafiəçiləri isə bunu Çinin müasir müşahidə aparatlarından istifadə edərək müsəlmanları təqib etmək üçün göstərdikləri növbəti səylərdən biri kimi xarakterizə edib. “King`s College London”da Çinin insan hüquqları üzrə mütəxəssisi Eva Pils “bu, ibadətlərini yerinə yetirən müsəlmanları cəzalandırmağın yeni yoludur. Ağıllı kartlar daha çox cinayətdə şübhəli bilinən və ya təxirə salınmış həbs cəzasını çəkən şəxslər üçün istifadə edilir” deyib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar