Həccə gedən zəvvarların ilk qrupu sabah Azərbaycana qayıdır

Həccə gedən zəvvarların ilk qrupu sabah Azərbaycana qayıdır
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah vətənə dönürlər.

“A24.az” bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Zəvvarların digər qrupları isə sentyabrın 4-ə qədər Azərbaycana qayıdacaq. Zəvvarlar 8 təyyarə ilə avqustun 11-dən 15-ə qədər Həcc ziyarətinə yola düşüblər.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir.

Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar