Həccə getmək istəyənlər azərbaycanlılar artıb - Krallığa müraciət olunacaq

Həccə getmək istəyənlər azərbaycanlılar artıb – Krallığa müraciət olunacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Həcc ziyarətinə kvotadan əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanı Krallığına müraciət edə bilər.

“A24.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota üzrə 1440 zəvvar sənəd verib. Ancaq Həcc ziyarəti üçün əlavə müraciət edənlər var və müraciətlər davam edir.

QMİ-dən bildirilib ki, məsələnin həlli istiqamətində məsləhətləşmələr aparılır və əgər qərar qəbul olunsa, kvotadan əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanı Krallığına müraciət olunacaq.

Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam etməlidir, lakin müraciətlər çox olduğundan kvota vaxtından əvvəl dolub. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar