Həftə sonunun HAVASI: Dəyişkən buludlu olacaq, arabir tutulacaq...

Həftə sonunun HAVASI: Dəyişkən buludlu olacaq, arabir tutulacaq…
Want create site? Find Free WordPress Themes and plugins.

Mayın 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “A24.Az”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-16, gündüz 21-25, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 13-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 13-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar