A24 Xeber

Həftə sonunun HAVASI: Dəyişkən hava davam edəcək

Həftə sonunun HAVASI: Dəyişkən hava davam edəcək
57
02 İyun 2018 - 14:27

İyunun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16° isti, gündüz  20-24° isti, Bakıda gecə 14-16° isti, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-şərq istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 16-17° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan,  Hövsan, Sahil, Şıx) şimal-şərq istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz  23-28°   isti, dağlarda gecə 5-10° isti,  gündüz  13-17° isti təşkil edəcək.

ETSN hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Belə ki, iyunun 4-5-də bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00