A24 Xeber

Hələb atəşə tutuldu: ölən və yaralılar var

Hələb atəşə tutuldu: ölən və yaralılar var
18
15 Sentyabr 2018 - 9:53

 Suriyanın Hələb şəhərinin yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 1 uşaq ölüb, daha 8 nəfəri isə yaralanıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzi məlumat yayıb.

“Hələb şəhəri ətarflarından birinin 82 millimetrlik minaatanlardan atəşə tutulması nəticəsində 14 dinc sakin (11 yaşlı uşaq ölüb, səkkizi uşaq olmaqla 13 nəfər yaralanıb) zərər çəkib”, – deyə mərkəzin rəhbəri general-leytenant Vladimir Savçenko bildirib.

Həmçinin Tell-Rifat yaşayış məntəqəsinin 120 millimetrlik minaatanlardan atəşə tutulması nəticəsində 2 dinc sakin ölüb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00