A24 Xeber

Həm müsbət, həm mənfi xəbərlərdə yer alan KOMİTƏ – ANALİZ

Həm müsbət, həm mənfi xəbərlərdə yer alan KOMİTƏ – ANALİZ
41
01 May 2018 - 20:41

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı aprel ayı üzrə məlumatları təqdim edir.

2018-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 9422 xəbər yerləşdirilib. Bunlardan 403-ü müsbət, 136-sı mənfi və 8883-ü isə neytral xəbərlərdir.

Müsbət xəbərlər arasında Dövlət Gömrük Komitəsi (321 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması və xidmətdə fərqlənən gömrük əməkdaşları mükafatlandırılıb) liderdir.

Mənfi xəbərlər isə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi (124 xəbər – Dövlət komitəsi ləğv edilib), Dövlət Gömrük Komitəsi (7 xəbər – komitədə milyonluq yeyinti) və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (5 xəbər – Qaçqın – məcburi köçkün korrupsiyası) aiddir.

Xəbər sayına görə sıralama:

1Dövlət Gömrük Komitəsi2029 xəbər
2Dövlət Statistika Komitəsi1427 xəbər
3Diasporla İş üzrə Dövlət Komitəsi1335 xəbər
4Əmlak Məsələləri Dövlət Komitəsi1164 xəbər
5Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi908 xəbər
6Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi859 xəbər
7Şəhərsalma və Arxitektura Komitəsi608 xəbər
8Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi558 xəbər
9Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi523 xəbər
10Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi7 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1341 xəbər dərc edilib. Bu xəbərlərdən 1288-i neytral, 5-i mənfi, 48-i isə müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsinə (48 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) məxsusdur. Mənfi xəbərlər isə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi (4 xəbər – Dövlət komitəsi ləğv edilib) və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (1 xəbər – “Qaçqınkom” qaçqınların kəfən puluna da göz dikdi) aiddir.

Xəbər sayına görə sıralama:

1Dövlət Gömrük Komitəsi290 xəbər
2Dövlət Statistika Komitəsi260 xəbər
3Əmlak Məsələləri Dövlət Komitəsi228 xəbər
4Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi167 xəbər
5Diasporla İş üzrə Dövlət Komitəsi141 xəbər
6Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi80 xəbər
7Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi69 xəbər
8Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi66 xəbər
9Şəhərsalma və Arxitektura Komitəsi34 xəbər
10Torpaq və Xəritəçəkmə Komitəsi4 xəbər

Aprel ayında televiziya kanallarında komitələr haqqında 661 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Dövlət Gömrük Komitəsi205 xəbər
2Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi98 xəbər
3Dövlət Statistika Komitəsi89 xəbər
4Əmlak Məsələləri Dövlət Komitəsi88 xəbər
5Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi61 xəbər
6Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi33 xəbər
7Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi30 xəbər
8Diasporla İş üzrə Dövlət Komitəsi29 xəbər
9Şəhərsalma və Arxitektura Komitəsi28 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00