A24 Xeber

HƏMAS lideri Qəzza zolağında etirazları davam etdirəcək

HƏMAS lideri Qəzza zolağında etirazları davam etdirəcək
24
16 May 2018 - 8:43

Qəzza zolağında hakim HƏMAS hərəkatının lideri İsmayıl Haniyə “Böyük qayıdış marşı”nın davam etdiriləcəyini bəyan edib.   

“A24.az” bildirir ki, “qayıdış marşı davam edir, davam edir, davam edir…”, – deyə İ.Haniyə Qəzza şəhəri yaxınlığındakı ən böyük etiraz düşərgəsində jurnalistlərə bildirib.

“Qurbanlarımız marşın davam etdirilməsi üçün bir növ “yanacaq”dır”, – deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də  Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çox fələstinli yaralanıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00