A24 Xeber

Həmilton Ferrarini favorit hesab edir

Həmilton Ferrarini favorit hesab edir
503
08 Mart 2017 - 14:50

Formula1 üzrə 3 qat Dünya Çempionu Lyuis Həmilton bildirib ki, testlərdəki nəticələrə əsasən 2017-ci ilin favoriti Mercedes yox, Ferrari-dir.

A24.az F-1.az-a istinadən bildirir ki, Həmiltonun komandası Mercedes son 3 mövsümdə əlçatmaz olub və 59 yarışdan 51-də qələbə qazanıb. “Gümüşü oxlar” bu mövsümə əsas favorit kimi başlasalar da, qış testlərində Ferrari daha güclü nəticələr göstərib.

Lyuis Həmilton: “Ferrari favorit sayılmalıdır. Onları nəzarətdən buraxa bilmərik. Çünki hazırda çox güclüdürlər. Red Bull da çox güclü görünür. Növbəti günlərdə, daha doğrusu növbəti həftələrdə görəcəyik. Amma ilk yarışda nəticələr yaxın olacaq. Zaman nəticələrinə baxsaq, Ferrari ən sürətli ola bilər. Bəlkə də onlardan sonra biz gələrik və Red Bull ilə mübarizə apararıq”.

Testlərin 5-ci günündə Felipe Massa birinci yeri tutub. Lyuis Həmilton isə ümid edir ki, Williams da çempionluq uğrunda mübarizə aparar: “Bu əla olar. Williams neçə illərdir gerilərdədir. Amma son illərdə gücləniblər. Ümid edirəm ki, bu il yaxşı nəticələr alarlar”.

Həmilton testlərin 5-ci günündə cəmi 49 dövrə vurub. Bu, Mercedes üçün elə də böyük məsafə deyil. Britaniyalı sürücü bildirib ki, bolidin altlığı zədələnib və Bottas sükan arxasına keçənə qədər problem həll olunsun deyə çox dövrə vura bilməyib: “Səhər yaxşı keçmədi. Amma təkər təzyiqində problem var idi. Bu da altlığı zədələdi. Buna görə də bolidi Bottas üçün hazırlasınlar deyə fədakarlıq etdim.

Çox sürə bilmədik. Çünki lazımi qədər təkər yoxdur. Əlimizdəki plana görə 15-20 dövrə vura bilirik. Testləri sevmirəm. Testlərdə iştirak etmədən yarışa getmək istəyərəm”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00