13 min nəfər hacı olmaq üçün Avropadan Kəbəyə yola düşüb

“Hər daşında bir tarix, xatirə və iz olan ibadət”
Want create site? Find Free WordPress Themes and plugins.

6500-ü Türkiyə Dini İşlər İdarəsi və Dini İşlər İdarəsi Türk İslam Birliyinin birgə fəaliyyətilə, Avropanın müxtəlif ölkələrindən hacı olmaq üçün təxminən 13 nəfər Səudiyyə Ərəbistanına səfər edib.

“A24.az” xəbər verir ki, Türkiyə mətbuatının məlumatına əsasən, Avropadan hacı olmağa namizədlər arasından təxminən 7500-ü Almaniyadan yola düşüb.

Almaniyanın Köln şəhərindəki Dini İşlər İdarəsi Türk İslam Birliyində təşkil edilən həcc seminarında çıxış edən birliyin rəhbəri Dr. Nevzat Yaşar Aşıkoğlu, möminin hayatındakı ən mühüm anlarından birinin həcc ibadəti olduğunu bildirdi. Aşıkoğlu, gücü çatan, müəyyən maddi imkanı olan hər müsəlmanın həcc fərzini yerinə yetirməsinin, Allahın insan qarşısındakı haqqı olduğunu qeyd etdi.

khana_kaba_6-wide_508421783

Həccin xüsusi səyahət və ziyarət olduğunu bildirən Türkiyə Dini İşlər İdarəsinin rəsmisi  Yaşar Yiyit bunları dedi: “Biz həcc ziyarətilə tarixin dərinliklərinə səyahət edirik. Həcc hər daşında bir tarix, xatirə və iz olan ibadətdir. Rəbbim bizi bu ibadəti lazımınca dəyərləndirən möminlərdən etsin!”

Köln Baş Konsulluğunun Din Xidmətləri Attaşesi Əhməd Dilək də həcc ibadətinin Allaha inancın yüksək zirvəsi olduğu, insanın hər cür dünyəvi işlərdən bilərək və istəyərək, hətta canından da keçərək getdiyi müqəddəs səfər olduğunu bildirdi. Dilək, bu fərzi yerinə yetirənlərin, həccin xüsusi ibadət olması və fədakarlıqlar səbəbilə hacıların Allah tərəfindən evlərinə sağ-salamat və saf şəkildə qaytarıldıqlarını da fikirlərinə əlavə etdi.

img_2985_resize

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar