A24 Xeber

Hər doğulan uşaq ananın ömrünü 2 il azaldır

Hər doğulan uşaq ananın ömrünü 2 il azaldır
52
03 Avqust 2018 - 16:23

Uşağın dünyaya gəlməsi qadının ömrünü 2 il qısaldır.

“A24.az” bildirir ki, bu barədə “Sputnik Azərbaycan” xəbər verir.

ABŞ-ın Evanstson Şimal-Qərb universitetinin mütəxəssislərinə görə bu proses yaşlanmanı sürətləndirir.

Bu nəticənin təəcüblü olduğunu demək olar. Çünki valideynlər etiraf edir ki, uşaqlar xoşbətlikdir. Stress isə uşağın tərbiyəsi zamanı yaranır və psixoloji sağlamlığa təsir edir.

Bu mövzuda aparılan araşdırmada 20-22 yaş arası 3200 filippinli qadın iştirak edib. Araşdırma zamanı müəyyən edilib ki, bir neçə uşağı olan qadınların hüceyrə səviyyəsi heç uşağı olmayan qadınlara müqayisədə 0,5-2 il yaşlanmış olur.

Araşdırma zamanı alimlər hüceyrə yaşlanmasının iki əhəmiyyətli markerini — telomer uzunluğu və epigenetik yaşı nəzərə alıblar. Alimlər qeyd edir ki, bu göstəricilər erkən ölümə də səbəb olur.

“Bu markerlər hamiləlik keçirmiş və reproduktiv tarixçəsi olan qadınlarda yaşlı olub” — deyə araşdırmanın aparıcı mütəxəssisi Kalen Rayan deyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00