Hər gün bir banan yeyin - BİLMƏDİYİNİZ FAYDALARI

Hər gün bir banan yeyin – BİLMƏDİYİNİZ FAYDALARI
Want create site? Find Free WordPress Themes and plugins.

Banan yalnız dadlı meyvə deyil. O, həm də formada qalmaq üçün enerji verir və bir çox xəstəliyin qarşısını alır.

A24.Az bananın bilmədiyiniz bir çox faydaları ilə sizi tanış edir.

Depressiya: Depressiyada olan insanlar arasında aparılan araşdırmalardan biri sübut edib ki, həmin insanların çoxu banan yedikdən sonra özlərini daha yaxşı hiss etməyə başlayıblar. Bunun səbəbi isə bananın bədəndə serotonin (insanı rahatlaşdıran və xoşbəxtlik hissi yaradan maddə) yaradan zülal olan triptofan ehtiva etməsidir.

PMS (menstruasiya əvvəli sindrom): Həbləri unudun, banan yeyin. Bananın ehtiva etdiyi B6 vitamini qan şəkəri səviyyəsini nizamlayır. Bu da mesntruasiya əvvəli sindrom dövründə qadının ruh halını dəyişdirir.

Anemiya: Banan qandakı hemoqlabin istehsalını canlandırır və anemiya vəziyyətində kömək olur.

Təzyiq: Bu tropik meyvə təzyiqi normallaşdırmaq üçün mükəmməl vasitədir. Son dərəcə yüksək kalium və aşağı duz ehtiva etməsi sayəsində buna qadirdir.

Beyin gücü: İngiltərədə məktəblərin birində aparılan araşdırmada 200 şagird imtahan günləri boyunca naharda, fasilədə və günorta yeməyində banan yeyiblər. Tədqiqat kaliumla zəngin bu meyvənin şagirdləri daha gümrah saxladığını sübut edib.

Qəbizlik: Banan ehtiva edən pəhrizlərdə laksatifə (bağırsağı fəaliyyətə gətirən dərmanlar) ehtiyac qalmır. Banan normal bağırsaq hərəkətini yeniləyir.

Axşamdan qalan banan: Axşamdan qalan bananı balla qarışdırıb şirəçəkəndən keçirin. Banan mədəni sakitləşdirir.

Xora: Banan yumşaq toxuması və hamarlığı sayəsində bağırsaq pozuqluqlarına qarşı pəhriz qidadır. Mədədəki həddindən artıq qıcqırmanı sakitləşdirir.

Hərarət: Bir çox məqamlarda sərinləşdirici meyvə kimi istifadə edilən banan hamilə qadınların fiziki və daxili istiliyini aşağı salma təsirinə malikdir. Məsələn, Taylandda hamilə qadınlar körpələrini sərin şəraitdə doğmaq üçün banan yeyirlər.

Artıq çəki: Avstriyalı alimlər iş yerində alınan artıq çəkiyə şokolad və çips kimi qidaların səbəb olduğunu müəyyənləşdiriblər. Gərginlikdən qaynaqlanan iştah artımının qarşısını almaq üçün qan şəkəri nizamına nəzarət etmək lazımdır. Hər 2 saatdan bir yüksək karbohidratlı qidalar atışdırmağa ehtiyac yaranır. Bunun qarşısını isə bananla almaq olar.

Aile.lent.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar