A24 Xeber

Hərbçi qəzada həlak oldu – Bakıda

Hərbçi qəzada həlak oldu – Bakıda
40
01 Sentyabr 2018 - 12:02

Bakıda dünən baş verən qəzada hərbçi vəfat edib.

A24.az-ın verdiyi xəbərə görə, hadisə saat 16:40 radələrində Bibiheybət yolunda baş verib. Şəhər istiqamətində hərəkət edən 1985-ci il təvəllüdlü Elnur Abdullayevin idarə etdiyi 99 NH 646 nömrəli “Naz Lifan” markalı avtomobillə əks tərəfdən hərəkət edən 1991-ci il təvəllüdlü Məhəmməd Abıyevin idarə etdiyi “BMW X5” markalı 10 SR 686 nömrəli avtomobil toqquşub.

İlkin məlumata görə, E.Abdullayev yol hərəkəti qaydalarını pozaraq əks yola çıxıb və qəzaya səbəb olub. O, taksi fəaliyyəti ilə məşğul olur. Qəza nəticəsində onun sərnişini, 1994-cü il təvəllüdlü Balarəhim Əliyev hadisə yerində vəfat edib. B.Əliyev Qaradağ rayonunda yerləşən hərbi hissələrin birində Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu olub.

Sürücü E.Abdullayev və digər sərnişini, 1996-cı il təvəllüdlü Rza Rzayev yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. R.Rzayevin vəziyyəti ağırdır./Qafqazinfo/

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00