Hərbçilərimiz Türkiyədə “Efes-2018” təlimində iştirak edəcəklər

Hərbçilərimiz Türkiyədə “Efes-2018” təlimində iştirak edəcəklər
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan hərbçiləri may ayınnın 7-dən 11-dək Türkiyənin İzmir şəhəri yaxınlığında keçiriləcək “Efes-2018” genişmiqyaslı taktiki təlimlərdə iştirak edəcəklər.

A24.Az Türkiyənin Silahlı Qüvvələrinə istinadən xəbər verir ki, təlimdə Azərbaycan Ordusunun bir xüsusi təyinatlı bölməsinin iştirakı gözlənilir.

Təlimin əsas mərhələsini izləmək üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər hərbi qurumların rəhbərləri Türkiyəyə dəvət olunublar. Azərbaycan hərbçiləri bundan əvvəl, 2016-cı ildə keçirilən “Efes” təlimində iştirak ediblər. Təlim mərkəzində Türkiyənin müdafiə sənayesi şirkətlərinin imkan və potensialları, ordunun istifadəsinə təqdim edilmiş və ediləcək yeni texnika və silah növlərinin nümayişi də olacaq.

Orxan Aslan, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar