Hərbçilərimizin də iştirak etdiyi “Efes-2018” təlimi başa çatdı

Hərbçilərimizin də iştirak etdiyi “Efes-2018” təlimi başa çatdı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Silahli Qüvvələrinin Doğanbəy poliqonunda “Efes-2018” çoxmillətli hərbi təliminin döyüş atışlı növbəti mərhələsi keçirilib.

A24.Az Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, bu gün təlimin yüksək səviyyəli müşahidəçilər günü olub.

Təlimi Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi ilə yanaşı Azərbaycanın müdafiə naziri, Bosniya-Hersoqovina, Gürcüstan, Qətər, Qazaxıstan, Küveyt, Nigeriya, Özbəkistan, Rumıniya və Sudanın Baş Qərargah rəisləri, Səudiyyə Ərəbistanı Krallıq Dəftərxanasının katibi və Terrora qarşı İslam Koalisiyasının komandanı (Pakistanın keçmiş Quru Qoşunları komandanı) izləyib. Təlimə Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Sahil Mühafizə Komandanlığı ilə yanaşı 23 ölkədən 800-dən çox hərbçi qatılıb.

Qeyd edək ki, təlimdə Azərbaycan Ordusunun 100-dən çox hərbi qulluqçusu da iştirak edir.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar